Tatlısəsdən İzmir şəhərində aparılan bir istintaq çərçivəsində ifadəsi alındığı bildirilir
Türkiyəli müğənni İbrahim Tatlısəs İstanbul polis idarəsi tərəfindən istintaqa cəlb olunub. CNN Türk-ün məlumatına görə, vəkili ilə İstanbul Polis idarəsinin şəhərdən kənardakı binasına girən müğənni, binanın B korpusunun qaraj qapısından Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə girib. Burada saatyarım qalan Tatlısəs daha sonra vəkili ilə qaraja qayıdıb. Tatılsəs jurnalistlərin suallarını da cavablandırmadan uzaqlaşıb. Tatlısəsin İzmir şəhərində aparılan bir istintaq çərçivəsində ifadəsi alındığı bildirilir

