Hadisə ilə bağlı versiyalar açıqlanmır
Qusar rayonunda intihar hadisəsi baş verib. Azeriblogun verdiyi məlumata görə, gecə saat 23 radələrində rayonun Yaşad kəndində 1993-cü il təvəllüdlü Anar Şıxəliyev yaşadığı evin həyətindəki ağacdan özünü asıb. 15 yaşlı məktəblinin ailə üzvləri bu barədə gecə saat 2 radələrində xəbər tutublar.
Qusar rayon Prokurorluğunun böyük müstəntiqi Ələmşah Şükürovun verdiyi məlumata görə, gəncin intiharı müəmmalıdır. Hadisə ilə bağlı versiyalar açıqlanmır. Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb

