Reklam verin!
cabirOktyabr 17, 2008 8:58
Əsgər silahdan açdığı atəşlə digər əsgər yoldaşını öldürüb
Azərbaycan Müdafiə Nazirliyinin Naftalanda yerləşən “N” saylı hərbi hissəsində qətl hadisəsi baş verib. Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar Sabiroğlu APA-ya bildirib ki, hadisə silahla davranış zamanı təhlükəsizlik qaydalarına riayət edilməməsi nəticəsində baş verib. Sabirabad rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış əsgər Cahangir Əmrulla İşıqovun əlində avtomat silahın açılması nəticəsində əsgər Əbdüləhəd Eldar oğlu Şahbazov həlak olub.
Qeyd edək ki, 1988-ci il təvəllüdlü Ə. Şahbazov 2007-ci ilin iyulunda Füzuli rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb. O, Füzuli rayonunun Böyük Bəhmənli kəndinin sakinidir.

Hazırda Müdafiə Nazirliyi faktla bağlı araşdırma aparır.
Bookmark and Share
kriminalŞərhlər(0)     Baxış sayı:26

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha