Reklam verin!
cabirOktyabr 15, 2008 17:18
Oktyabrın 14-də axşam “Mərmərə” Qrupunun Bakıda keçirdiyi toplantıda iştirak edən İ. Ülkünün səhhəti qəflətən pisləşib və jurnalist ürək tutmasından keçinib
Azərbaycanda keçirilən seçkiləri izləmək üçün Bakıya gələn tanınmış türkiyəli jurnalist İrfan Ülkü vəfat edib.
Lent.az-ın türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, “Mərmərə” Qrupunun Şura üzvü Çingiz Gözdamlası məlumat verib. O bildirib ki, oktyabrın 14-də axşam “Mərmərə” Qrupunun Bakıda keçirdiyi toplantıda iştirak edən İ. Ülkünün səhhəti qəflətən pisləşib və jurnalist ürək tutmasından keçinib. Ç. Gözdamlası İ. Ülkünün vətənində dəfn ediləcəyini deyib. O, hazırda bununla bağlı tələb olunan sənədləşmənin aparıldığını söyləyib.

1952-ci ildə İstanbulda doğulan İ. Ülkü “Yeni Günaydın” və “Ortadoğu” qəzetlərinin baş redaktoru olub, TGRT, “Kanal 6”, “Star” telekanallarında çalışıb. O, “Qızıl ulduzdan ayparaya: Heydər Əliyevin fırtınalı həyatı”, “Gecənin yollarında Bakı”, “Müstəqillikdən sonra Azərbaycan” və digər kitabların müəllifidir. İ. Ülkü Azərbaycan Yazıçılar İttifaqının üzvü və Bakı Slavyan Universitetinin müəllimi olub
Bookmark and Share
xeberlerŞərhlər(0)     Baxış sayı:25

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha