Bu barədə ANS PRESS-ə MSK-nın mətbuat xidmətinini rəhbəri Azər Sarıyev məlumat verib.A.Sarıyev bildirib ki, bunlar əsasən seçicilərin harada səs verəcəkləri ilə bağlı məlumatlardır: «Seçicilərin bəziləri harada səs verəcəklərini yoxlamayıblar. Baxmayaraq ki, onlara bildiriş də göndərmişik». O, həmçinin bildirib ki, suallar əsasən seçkidə iştirakla bağlı olub: «Yəni, hərbi biletlə səs verə bilərlərmi, yaxud şəxsiyyət vəsiqəsi olmadan səs vermək mümkündürmü və sair».
A.Sarıyev qeyd edib ki, qaynar xəttə cəmi iki şikayət daxil olub və bu şikayətlər MSK tərəfindən araşdırılır: «Bir şikayət artıq araşdırılıb və səhv çıxıb. Digəri isə araşdırılır. MSK-nın qaynar xəttinə ldaxil olan bütün şikayətlər diqqətlə araşdırılacaq».

