Reklam verin!
cabirOktyabr 15, 2008 17:32
Müğənni öncə Azərbaycan dilini öyrənməyə çalışır
Fəaliyyətinin əsas qolunu Azərbaycanla bağlayan türkiyəli sənətçi Çelik mətbuat işçiləri ilə görüşündə böyük planlar qurduğu barədə danışdı. Çelikə məxsus olan “Le Paris” restoranının açılışında çıxış edən müğənni böyük vədlər verdi. Dedi ki, birinci işi sözügedən restoranın ictimaiyyətə təqdimatından ibarətdir. Lakin o, fəaliyyətini sırf biznes üzərində qurmaq niyyətində deyil. Yaxın günlərdə onun rəhbərliyi ilə musiqi şirkəti fəaliyyətə başlayacaq. Bu şirkət azərbaycanlı təşkilatçıların tam şəkildə həyata keçirə bilmədiyi işlərin öhdəsindən gələcək. Yəni iki ölkə arasında sıx sənətçi mübadiləsi yaradılacaq: “Azərbaycandan Türkiyəyə, Türkiyədən isə bura sənətçilər aparılıb gətiriləcək. Sizin sənət əhli Türkiyədə tək-tək tanınır. Bu istiqamətdə böyük işlər görməyi düşünürəm”.
Azərbaycanın tarixi keçmişinə və dil mədəniyyətinə böyük önəm verdiyini söyləyən türkiyəli sənətçi bu istiqamətdə səylərini artırır: “Danışıqlarımız anlaşılmaz keçməsin deyə, boş saatlarımda yeri telekanallarınızı izləyirəm. Xüsusilə də Az.TV-yə baxıram. Sonrakı niyyətim isə rus dilini öyrənməkdir. Çünki Azərbaycanda ünsiyyət daha çox rus dilindədir”.

Çelikin nəzərdə tutulan 3-cü yaradıcılıq planı da Azərbaycanla bağlı olacaq. Lakin gerçək həllini tapmadığından o, bu barədə danışmağa tələsmədi. Ölkəmizə böyük iddialarla gələn Çelik hələlik oteldə qaldığını və tezliklə Bakıda evə sahib olmaq istədiyini bildirdi: “İstəyirəm, Bakının mənzərəli yerlərindən birində mənzilim olsun. Avtomobilə ehtiyacım var. Çünki 10 gün əvvəl idman edərkən qolumu sındırmışam və gipsdə gəzirəm. Avtomobili idarə etmək üçün hələlik sürücü tələb olunur. Eyni zamanda qadın gözəllik salonu istəyirəm. Çünki saçlarım bir qədər uzun olduğundan öhdəsindən yalnız qadın saç ustası gələ bilər”.

İki dəfə nikah bağlayan və bunların birindən oğlu dünyaya gələn Çelik hələlik subay olduğunu söylədi: “Qismət olsa, 3-cü nikah barədə də düşünürəm. Fəaliyyətimin bir qolu Azərbaycanla bağlı olduğu üçün buradan evlənəcəyimi istisna etmirəm”.

Qeyd edək ki, ötən gün yerli sənət adamlarının iştirakı ilə sözügedən restoranda ziyafət təşkil olunub


Bookmark and Share
medeniyyet xeberleriŞərhlər(0)     Baxış sayı:25

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha