20-25 yaşlarında oğlan Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının arxasında transformatordan asılı vəziyyətdə olub
Bakının Nəsimi rayonunda asılmış vəziyyətdə meyit aşkar edilib. Nəsimi rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, 20-25 yaşlarında olan oğlanın meyiti Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının arxasında, Tibb Universitetinin yataqxanasının transformatordan asılmış vəiyyətdə aşkarlanıb. Hələlik onun şəxsiyyətini müəyyənləşmək mümkün olmayıb. Faktla bağlı Nəsimi rayon Prokurorluğu tərəfindən araşdırma aparılır

