Kondoliza Rays: «Vaşinqton-İrəvan münasibətləri müsbət istiqamətdə inkişaf etməkdədir»
Vaşinqton-İrəvan münasibətlərinin müsbət məcrada inkişaf etdiyini deyən Birləşmiş Ştatların Dövlət Departamentinin rəhbəri Kondoliza Rays Tiqran Sarkisyanla görüşdən əvvəl keçirdiyi brifinqdə bildirib ki, ABŞ Türkiyə prezidenti Abdulla Gülün İrəvana səfərinə çox müsbət münasibət bəsləyir və bu addımı alqışlayır. Onun sözlərinə görə, Vaşinqton ümidvardır ki, A.Gülün Ermənistana səfərindən sonra qarşılıqlı maraq doğuran məsələlər üzrə iş davam etdirələcək».
«Panarmenian» informasiya agentliyinin yaydığı məlumata əsasən, Kondoliza Rays habelə Tiqran Sarkisyanla görüşdə Dağlıq Qarabağ probleminin həlli məsələsinə mütləq toxunulacağını da bəyan edib

